XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 18:52

Şəhid polislərin adları açıqlandı- Biri CHP-dən olan keçmiş millət vəkilinin oğludur

Bu gün İstanbulda baş terror hücumunda həyatını itirən polislərin adları bəlli olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış zamanı çevik polis alayının 6 əməkdaşı – Ramazan Kırboğa, Emrah Pekdoğan, Kadir Cihan Karagözlü, Duha Beker, Gökhan Topçu və Yaşar Özden həlak olub.

Ölən polislərdən Kadir Cihan Karagözlü CHP-dən olan keçmiş millət vəkili Zəki Karagözlünün oğludur.  

Məlumata görə, bəzi polislərin icazəli olması, bəzilərinin isə avtobusa gecikməsi şəhid sayının artmamasına səbəb olub. 

Xatırladaq ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 8.40-da İstanbulun Vəznəcilər bölgəsində güclü partlayış baş verib. Uzaqdan idarə olunan partlayıcı qurğu çevik polis alayının əməkdaşlarını daşıyan avtobusun yaxınlığında işə salınıb. Nəticədə 6 polis, 5 mülki vətəndaş həyatını itirib, 36 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.