XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 19:08

ABŞ generalı barmaq silkələdi:“Rusiyayla hərbi dildə danışmaq lazımdır”

NATO'dan Rusya eleştirisi

"Beynəlxalq ictimaiyyətin Rusiyaya ehtiyacı var, ancaq hazırda bu, qeyri-mümkün hala gəlib. Çünki Rusiya yalnız gücə hörmət göstərir."

Strateq.az xəbər verir ki, bu sözləri ABŞ-ın Avropa Quru Qüvvələri Komandanı Ben Hodges deyib.

Vilnusda Litva prezidenti Dalya Qribauskayteylə görüşən general onu da bildirib ki, Rusiyanı Orta və Şərqi Avropadan uzaqlaşdırmaq üçün NATO bölgəyə simvolik yox, həqiqi hərbi güc göndərməlidir: “Varşavada keçiriləcək NATO zirvəsində hansı qərarların veriləcəyinə dair fərziyyə irəli sürmək istəmirəm. Amma fikrimcə, NATO Orta və Şərqi Avropaya simvolik yox, həqiqi hərbi güc göndərməlidir. Bunu mən də tövsiyə etdim".

Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgələrinə, təxminən, 7 min əsgərini yerləşdirdiyini bildirən Hodges çıxışında xüsusilə Ukrayna üzərində dayanıb:

"Hazırda Krımda, təxminən, 20 min rus hərbçisi var. Ukraynanın şərqində isə ötən həftə Moskvanın dəstəklədiyi separatçılarla qarşıdurmada 20 Ukrayna əsgəri həyatını itirdi”.