XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 19:53

Almaniya və BritaniyadanTürkiyə xəbərdarlığı

alman parle

İstanbul terroru ilə bağlı açıqlama yayan Almaniya Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə olan və bu ölkəyə səyahət etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.

Almanları son dərəcə diqqətli olmağa çağıran Almaniya XİN onlara insanların çox olduğu məkanlardan uzaq durmağı tövsiyə edib: «Ölkədəki siyasi gərginliyi nəzərə alaraq terror hücumlarının ola biləcəyini unutmayın və ölkənin cənub-şərq bölgəsinə səyahət etməyin».

Növbəti xəbərdarlıq Britaniya Xarici İşlər Nazirlyindən gəlib. Nazirlik Britaniya vətəndaşlarını diqqətli olmağa və yerli hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarına əməl etməyə çağırıb.