İraqın dini mərkəzlərindən olan Kərbəla şəhərində terror aktı törədilib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bomba yüklü avtomobilin partlaması ilə 6 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Partlayış şəhərin Əl-Muazzafin bölgəsində – insanların sıx olduğu ticarət mərkəzinin yerləşdiyi ərazidə baş verib.