XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 00:56

Polşa Milli Təhlükəsizlik naziri:“NATO-Rusiya savaşına hazır olmalıyıq”

Polonya'dan NATO-Rusya arasında savaş tahmini

 

"NATO və Rusiya arasında çox böyük potensial fərqi var. Vladimir Putinin başçılıq etdiyi Rusiya, NATO ölkələri ilə döyüşə girsə, qazanma şansı çox azdır".

Strateq.az xəbər verir ki, bu iddianı Polşa Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Pavel Soloç irəli sürüb.

Soloç “Rzeczpospolita” qəzetinə açıqlamasında son illərdə bölgədəki geosiyasi vəziyyətin dəyişdiyini və bu səbəbdən də Polşanın təhlükəsizlik strategiyasında müəyyən dəyişikliklərə gedəcəyini ifadə edib.

Təhdidlərin siyahısına Rusiyanın əlavə olunacağına işarə edən Soloç bildirib: "Strateji planımız ilin sonuna qədər hazır hala gələcək. Rusiyanın apardığı siyasət Polşaya təhdid xarakteri daşıyır. Biz ətrafımızda yaşananları təhdid kimi qəbul edirik."

O, NATO və AB-nin də ən pis vəziyyət ssenarisinə hazır olmasının lazım olduğunu vurğulayıb.