XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 08:39

Hilları Klinton tarixi qələbə qazandı –ABŞ prezident seçkilərində ilk qadın namizəd olacaq

Hillari-16

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində Demokratlar Partiyasının namizədi olmaq uğrunda mübarizədə qalib gəldiyini açıqlayıb.  Dünən Nyu-Cersi ştatında keçirilən ilkin seçkilərdə (praymeriz) qalib gələn H.Klinton prezidentliyə namizədi müəyyənləşdirəcək partiya qurultayında qalib gəlmək üçün kifayət qədər nümayəndənin səsini qazanıb. Beləliklə,  H.Kilinton ABŞ tarixində prezidnetliyə namizəd kimi qeydə alınacaq ilk qadın kimi tarixə düşmək şansı da əldə edib.

Nyu-Cersidəki ilkin seçkilərdən sonra H.Klinton məhz bu məqamı xüsusi vurğlamağı lazım bilib. O, öz qələbəsini bütün qadınlar üçün tarixi mərhələ adlandırıb:   “Sizin sayənizdə biz çox vacib mərhələyə nail olduq. Bizim millətin tarixində ilk dəfə olaraq aparıcı partiyaların birindən qadın prezidentliyə namizəd olacaq. Bugünkü qələbə bir nəfərə məxsus deyil. Bu nəsillərin qələbəsidir”.

Klinton öz rəqibi Berni Sandersə də təşəkkür edərək, onun ABŞ-da gəlirlərin ədalətsiz bölgüsü ilə bağlı açdığı müzakirələrin çöx böyük əhəmiyyət kəsb etdiyini bildirib.  Seçiciləri Respublikaçılar Partiyasından namizəd irəli sürülməsi gözlənilən Donald Trampa səs verməməyə çağıran xanım Klinton milyarderin prezident postuna yaramadığını bəyan edib: “O, yalnız Meksika ilə sərhəddə divar çəkmək istəmir.  O, amerikalıları bir-birindən ayıran divar çəkmək istəyir.  Bir bir yerdə olanda güclüyük!”.

Qeyd edək ki, ABŞ müstəqilliyini elan etdikdən sonra,  1789-cu ildə Corc Vaşinqton ilk prezident seçiləndən bəri 42 dövlət başçısı ölkəni idarə edib. Onlardan 41 ağdərli kişilər olub. 8 il əvvəl Barak Obamanın seçilməsi ilə ilk dəfə qaradərili ABŞ vətəndaşı prezident postuna sahib çıxıb. ABŞ tarixində hələ ki, prezident seçkilərində qadın namizəd qeydə alınmayıb.

Strateq.az