XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 09:24

ABŞ Senatında Rusiya müzakirələri –Vaşinqton Putinlə barışıq istəmir

Nuland-Senat

Çərşənbə axşamı, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində  Rusiya ilə bağlı  dinləmələr keçirilib.  Senatorların suallarını   ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri məsələləri üzrə köməkçisi Viktoriya Nuland və ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter cavab verib.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki,  Sovet İttifaqının dağılmasından sonra keçən 20 il ərsində, ABŞ Rusiya ilə konstruktiv münasibətlər qurmağa çalışaraq, regional və qlobal təşkilatlara  onun inteqrasiyana dəstək verib: "Biz inteqrasiya etmiş, demokratik və firavan Rusiyanın  ümumi regional və qlobal problemlərin həlində  ABŞ və müttəfiqləri üçün daha təhlükəsiz və proqnozlaşdırla bilən tərəfdaşı olacağı ehtimallndan çıxış edirdik. Lakin 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra Vaşinqton Moskva ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində qalıb”.

Nulandın sözlərinə görə,  bu gün Rusiya ilə bağlı ABŞ-ın siyasəti bir neçə prinsip üzərində qurulur:  “Aqressiyadan çəkindirmək, müttəfiqlərlə daha sıx qarşılıqlı əməkdaşlıq,  Rusiyanın qonşularının təhdidlərdən müdafiəsi,  gələcək konstruktiv münasibətlər üçün potensial saxlamaq məqsədilə Rusiyada vətəndaş cəmiyyəti və biznes icması ilə əlaqələrin dəstəklənməsi”.

Nuland maraqların üst-üstə düşüdüyü sahələrdə Rusiya ilə əməkdaşlığın davam etdiyini də açıqlayıb.

ABŞ müdafiə nazirinin köməkçisinin müavini isə bildirib ki, Rusiyanın aqressiyasının qarşısının alınması, NATO üzvü ölkələrə mümkün hərbi addımlara qarşı Vaşinqton və müttəfiqləri son iki ildə Alyansın Şərq cinahında-Polşa, Rumınya, Bolqarıstan bə Baltikyanı ölkələrdə daimi hərbi iştirakı təmin ediblər. Bi addımların dəstəklənməsi üçün ABŞ prezidenti Konqresdən 3.4 milyard dollar ayrılmasını xahiş edib.

Müzakirələr zamanı Nuland ABŞ-ın NATO-dan çıxması ilə bağlı təklifləri qəti şəkildə pisləyib və qeyd edib ki, Alyansın bütövlüyünün qorunması Vaşinqton üçün hər zamankından daha əhəmiyyətlidir.

Senatorlar Rusiyay qarşı viza və digər sanksiyaların sərtləşdirilməsi, “Maqnitski aktı”nın təsir dairəsinin artırılmasını təklif ediblər.

Nuland Rusiyaya qarşı “Krım sanksiyaları”nın qüvvədə qalacağını da bəyan edib.

Strateq.az