Xəbər verildiyimiz kimi, PKK terror təşkilatının Suriya qolu PYD ABŞ-ın dəstəyi ilə Türkiyə sərhədlərindən 35 km məsafədə yerləşən Menbiç və digər bölgələrdə İŞİD-ə qarşı hərbi əməliyyatlar aparır.
Strateq.az "TRT-xəbər"ə istinadən xəbər verir ki, Türkiyə ilə sərhəddə İŞİD-ə qarşı aparılan məlum əməliyyatla bağlı açıqlama verən xarici işlər naziri Mövlud Çavuşoğlu bu əməliyyatın ABŞ-la razılaşdırıldığını bəyan edib. Nazir bildirib ki, ABŞ-ın PYD-yə dəstəyi haqda Türkiyə ilə danışıqlar aparılıb: "ABŞ ən yüksək səviyyədə bizə təminat verib. Həmin təminat ondan ibarətdir ki, əməliyyat başa çatdıqdan sonra, PYD/PKK-ın bir üzvü belə Türkiyənin "qırmızı xətt" elan etdiyi bölgədə olmayacaq".
Bu arada rəsmi Ankara Vaşinqtona PYD-nin Türkiyə sərhədlərinə 15 km yaxınlaşması halında vurulacağını bildirib. Məlumata görə, ABŞ-la Türkiyə bu barədə də razılıq əldə ediblər.
Strateq.az