XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 13:43

Daşınmaz əmlakın kirayəsindəngəlir vergisi artırılmayacaq - Rəsmi

vergiler

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Vergilər Nazirliyinin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14 faizdən 22 faizədək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdiyinə dair xəbərlər yayılır.

Vergilər Nazirliyinin sözçüsü Şahin Məmmədov bununla açıqlamasında bildirib ki,  qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14 faiz dərəcə ilə vergi tutulur.

Nazirlik əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14 faizdən 22 faizə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

Strateq.az