Hacıbala Abutalıbovun adından saxta mitinq məktubu yayılıb?! – Yenilənib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqinə icazə verməyib.
BŞİH rəsmi cavab məktubunda mitinqin keçirilməsini məqsədəmüvafiq saymayıb. Məktubda bildirilir ki,Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən “Məhsul” stadionunda təmir-tikinti işləri davam etdiyindən 15 mart tarixində həmin ərazidə mitinq keçirilməsi məqsədəuyğun deyil(musavat.com).
Azadlıq.info-nun xəbəri isə bu məktubu təkzib edir. Belə ki, Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı bununla əlaqədar bildirib ki, həmin məlumatı görən kimi Zaur Ramazanovla əlaqə saxlayıb. Zaur Ramazanov deyib ki, onun imzası ilə yayılan həmin məktub saxtadır. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqi ilə bağlı cavabı hələ hazırlamayıb. Cavab hazır olan kimi təşkilatçılara göndəriləcək. BŞİH rəsmisi bu mövzuda təşkilatçıların xəbəri olmadan yayılan istənilən məlumata inanmamağı məsləhət görüb.