XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 12:54

Aparıcı İlham Mirzəyev azadlığa buraxıldı –Məhkəmə qərarı

ilham-mirzeyev

Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyev azadlığa buraxılıb.

İ.Mirzəyev bu gün saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən evinə buraxılıb.

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib(Trend).