XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 08:54

DİN rəsmisi: “Azərbaycanda artıq nə “narkobaron” var, nə də “vorzakon””

Daxili İşlər Nazirliyi “Bakıda “narkobaron”un bıçaqlanması” ilə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov milli.az-a açıqlamasında deyib ki, bəzi mətbuat oranlarında “narkobaron” və ya “vorzakon”un bıçaqlanması ilə bağlı yayılanlar şişirtmədir. Rəis müavininin sözlərinə görə, Azərbaycanda cinayətkarlığa qarşı aparılan ciddi mübarizənin nəticəsidir ki, artıq ölkədə nə “narkobaron” var, nə də “vorzakon”. Onların kökü 1994-cü ildə kəsilib.
Suraxanıda baş verən hadisəyə gəlincə, E.Zahidov qeyd edib ki, həmin rayonun polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində bir nəfərdən heroin götürülüb. Aparılan tədbirlərin davamı olaraq müəyyən edilib ki, ona narkotik maddəni satan Aydın Bağırov və onun ögey oğlu Ənvər Məmmədovdur. Onların hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.
Polisin onları yaxalayacağını hiss edib özlərinə bıçaqla xəsarət yetiriblər. Onların bütün cəhdlərinə baxmayaraq, polis onları zərərsizləşdirib. Evlərinə baxış zamanı 330 qrama yaxın heroin götürülüb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, müalicə olunurlar.