XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 14:46

Putinin dostu “erməni soyqırımı”nı tanımağa çağırdı- Ölkəsindən sərt təpki gəldi

Çexiya prezidenti Miloş Zeman ölkə parlamentinə «erməni soyqırımı»nı tanımaqla bağlı çağırış edib. Zeman hesab edir ki, deputatlar Almaniya parlamentinin qoyduğu nümunənin izi ilə getməlidilər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Çexiya prezidenti bu bəyanatla Ermənistana dünənki səfəri zamanı çıxış edib. Zeman İrəvanda «soyqırım» abidəsini ziyarət edərək ora əklil də qoyub. 

Prezident Zemanın bu çağırışına ölkəsindən sərt reaksiya gəlib. Çexiya parlamentin sədri Yan Qamaçek Miloş Zemanın mövqeyini tənqid edib: «Bu yanaşmaya qarşıyam. Və həmişə də bu fikirdə olmuşam ki, tarixi olaylar barədə danışmaq siyasilərin yox, tarixçilərin işidir». 

Qeyd edək ki, Miloş Zemanın Rusiya prezidenti Vladimir Putinlə yaxın dostluq münasibətləri var. Onun rusiyameylli mövqeyi dəfələrlə ölkəsinin rəsmi şəxsləri tərəfindən tənqid olunub.