XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 14:56

Dolu düşəcək –Nazirlik əhaliyə xəbərdarlıq etdi

dolu-qar-yagis

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə növbəti dəfə xəbərdarlıq edib.

Strateq.az nazirliyin saytına istinadən xəbər verir ki, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək. 

Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.