XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 15:27

Avropa parlamentdə Rusiyaya sərt ittiham:«Kreml bizə qarşıdır və Avropa Birliyində stabilliyi pozmaq istəyir"

Bolqarıstan prezidenti Rosen Plevneliev Rusiyanı Avropa Birliyinin əsaslarını məhv etməkdə günahlandırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu bəyanatı Avropa Parlamentindəki çıxışında səsləndirib.

Onun fikrincə, Ukraynadakı böhran Rusiyanın beynəlxalq normalara əməl etmədiyini ortaya qoydu: «Kreml bizə qarşıdır və Avropa Birliyi məkanında stabilliyi pozmaq istəyir. Eyni zamanda, Avropa Birliyinin bərabərlik, həmrəylik və qanunun aliliyi kimi əsaslarını məhv etməyə çalışır. Ümid edirəm ki, yeni «soyuq savaşa» şahid olmayacağıq. Lakin Rusiyanın Ukraynadakı addımları yeni «soyuq dünyaya» gətirib çıxardı. Heç kim savaş istəmir, amma münaqişə və konfrontasiyalar hələ də davam edir. Rusiyanın Ukraynada etdiklərini «Əgər Qərb imkan versə, bu, tarixi rüsvayçılıq olacaq» faktı kimi qəbul etmək olmaz. Bizə görə, konkret mənə görə Krım Ukraynadır, Ukrayna da Avropa!».