XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 16:08

Netanyahu fövqəladə iclas çağırdı:"Layiqli cavab veriləcək!"

İsrail baş naziri Binyamin Netanyahu dünən paytaxt Tel-Əvivdə baş verən teraktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə iclas keçirib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu məlum olayın çağırış olduğunu və layiqli cavabının veriləcəyini bəyan edib.

Baş nazir elan edib ki, hökumət müdafiə tədbirlərinə də qərar verib. Bağça və məktəblərin olduğu rayonlarda təhlükəsizlik tədbirləri gücləndirilib, asayişi qorumaq üçün polislərin sayı artırılıb.

Xatırladaq ki, dünən iki fələstinli Tel-Əvivdə İsrail Müdafiə Nazirliyi binasının yaxınlığında yerləşən “Sorona” ticarət mərkəzinin kafesində atəş açıb. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.