XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 17:06

“Əliyev, Sərkisyan və Putinin üçtərəfli görüşü keçirilə bilər” –Rusiya XİN-dən açıqlama

ilham-sarksyan

"Prezident İlham Əliyev, Serj Sərkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər".

Bu barədə Rusiya XİN-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq"(APA).

Qeyd edək ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.