XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 19:00

«Erməni soyqırımı»nı tanıyan türk deputatlarla bağlı iddia qaldırıldı- Həbsləri istənilir

Almaniya Bundestaqının «erməni soyqırımı» ilə bağlı qətnamənin lehinə səs verən türk əsilli 11 deputatı ilə bağlı məhkəməyə müraciət olunub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın «Bild» qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyədə deputatlara qarşı üç ayrı iddia hazırlanıb. İddiaçılar Türkiyə hüquqşünaslarının və polislərinin həmkarlar ittifaqlarıdır. Hüqüqşünaslar artıq iddianı məhkəməyə təqdim ediblər.

Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsini pozmaqda ittiham edilən deputatların təqsiri sübut olunarsa, onlara 6 aydan 2 ilədək həbs cəzası veriləcək. Bu halda deputatlar Türkiyə ərazisinə ayaq basan kimi həbs olunacaqlar.  

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu deputatların türk olmasına şübhə duyduğunu və onların qanının yoxlanılmalı olduğunu bildirmişdi.

Bundestaqın türk əsilli deputatı, "erməni soyqırımı" ilə bağlı qətnaməyə səs verən Cem Özdemir isə Ərdoğanın sözlərini hədə adlandıraraq Almaniya parlamentinin hansısa hegemon liderin kefinə görə qərarlar verməyə məcbur olmadığını demişdi.