XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 21:06

Prezident Ali Məhkəmədəki vəzifəli şəxslərinstatusunda dəyişiklik etdi

mehkeme-16

Ali Məhkəmə Aparatı rəhbərinin, müavinlərin, şöbə və sektor müdirlərinin statusu dəyişib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən Ali Məhkəmənin Aparatının rəhbəri inzibati vəzifələrin birinci təsnifatından çıxarılaraq inzibati vəzifələrin ali təsnifatına daxil edilib. Ali Məhkəmə Aparatı rəhbərinin müavinləri və şöbə müdirləri isə inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. Ali Məhkəmə sədrinin müşavirləri, köməkçiləri də inzibati vəzifələrin birinci təsnifatına, Ali Məhkəmənin Aparatında müdirinin müavini, Ali Məhkəmədə işlər müdiri və onların müavinləri inzibati vəzifələrin ikinci təsnifatına daxil edilib. Ali Məhkəmənin sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi isə bundan sonra inzibati vəzifələrin ikinci təsnifatına daxil olacaq.