XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 23:39

Obamadan Klintona açıq dəstək:"Düşünmürəm ki, bu vəzifəyə kimsə ondan daha uyğun olsun"

obama-222

ABŞ prezidenti Barak Obama prezident seçkilərində rəsmi olaraq Hillari Klintonu dəstəkləyib.

Bu barədə Klintonun seçkiqabağı qərargahının  “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.

Prezident Obama Hillarini dəstəkləyərək deyib: “Düşünmürəm ki, bu vəzifəyə kimsə ondan daha uyğun olsun”.  

Bundan başqa, Hillari Klintonun rəsmi saytında dərc olunmuş videoçarxda Barak Obama Klintonla seçki kampaniyasına birgə yollanacağı günü səbirsizliklə gözlədiyini bildirir.   

Bundan əvvəl namizədliyi Demokratlar partiyasından irəli sürülən Berni Sanders rəqibi Hillari Klintonla birgə mübarizə aparmağı planlaşdırdığını bildirib. 

Qeyd edək ki, Hillari Klinton Demokrat partiyasından, Donald Tramp isə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıblar.

APA