XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 01:16

“Rusiya üçün silah daha əhəmiyyətlidir, nəinki iqtisadiyyat” –"Blumberq" Putinin yeni planından yazdı

putin-09

"Neft qiymətləri yanvar ayından indiyə kimi 80 faiz qalxıb. Bu, Rusiya iqtisadiyyatı və Rusiya hökuməti üçün gözlənilməz hədiyyə oldu. Bununla belə, yaxınlaşan parlament seçkiləri və narazılığın artmasına baxmayaraq, sosial xərclər artmır. Kremldə pulla bağlı başqa planlar var".

Bunu ABŞ-ın "Blumberq" agentliyi “Putin neft gəlirlərini yağa deyil, silaha xərcləməyə qərar verdi” başlıqlı yazısında bildirib: "Sentyabr ayında parlament seçkiləri keçiriləcək. Sorğulara görə, seçicilərin yalnız 42 faizi qanunvericilərin işini bəyənir. Hökumətin reytinqi Krımın zəbt edilməsindən sonrakı dövrdə minimuma enib. Hətta prezident Vladimir Putinin reytinqi 80 faizə qədər düşüb. Bu, 2014-cü ilin martından bu yana ən aşağı göstəricidir.

May ayında Krıma gedən baş nazir Dmitri Medvedyev “sürpriz”lə qarşılaşdı. Krım pensiyaçıları təqaüdlərin artırılmasını istədi. Baş nazir “Sadəcə, pul yoxdur” deməyə məcbur oldu".

"Blumberq" qeyd edir ki, bu cavab Krımda açıq təhqir kimi səslənirdi: “Məhz nisbətən yüksək pensiya almaq cəhdi insanları 2014-cü ilin martında Rusiyaya birləşməyə itələdi və yarımadanın Ukraynadan ayrılması üçün rəsmi bəhanə oldu. Putin bu cür fikirlərin yersiz olduğunu hiss etdi. Bir neçə gün sonra bildirdi ki, Medvedevin sözləri kontekstdən çıxarılıb və hökumət özünün sosial öhdəliklərindən imtina etmir”.

Rusiya prezidentinin keçmiş köməkçisi Andrey İllarionov qeyd edir ki, Kreml görünməmiş həcmdə vəsaitləri təhlükəsizliyə və müdafiəyə xərcləyir.

Onun sözlərinə görə, cari ilin yanvar-aprel aylarında Rusiyanın müdafiə xərcləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. 2010-cu ildən isə 75 faiz artım qeydə alınıb. Halbuki, bu vaxt ərzində Rusiyanın ümumi daxili məhsulu 5,4 faiz artıb. Rusiya bu il müdafiəyə ümumi daxili məhsulun 4,6 faizini ayırıb. Bu, Putinin hakimiyyətdə olduğu bütün illər üçün maksimum göstəricidir.

“Rusiya üçün silah daha əhəmiyyətlidir, nəinki iqtisadiyyat”, – deyə, Amerika nəşri bu sözlərlə yazını yekunlaşdırıb(Publika.az).