XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 11:27

Gürcüstan hərbi təlimdən niyə yayındı? –Polşa izahat tələb edir

nato

Polşa Gürcüstandan "Anakonda–16" hərbi təlimlərində iştirak etməməsinin rəsmi səbəbini tələb edib.

“Biz Gürcüstana Anakonda–16 hərbi təlimlərində iştirakı üçün dəvət yollamışdıq. Gürcüstan təlimlərə gəlməyib. Bunun səbəbini öyrənmək hüququmuzdur”, – Polşa silahlı qüvvələrinin operativ komandanlığının mətbuat katibi Pyotr Valatek deyib.

Xatırladaq ki, Anakonda–16 hərbi təlimlərində NATO ölkələri və ABŞ  daxil olmaqla 24 ölkədən 31 min hərbçi iştirak edir(Axar.az).