XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 12:25

Avropa Birliyi Rusiyaya qarşı daha bir zərbə planı hazırlayır –"Financial Times"

avropa birliyi

Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yarım il daha uzatmaq niyyətindədir.

Bu barədə Brüsseldəki qaynaqlarına istinadla İngiltərənin "Financial Times" qəzeti yazıb.

Qəzetin yazdığına görə, Rusiyaya qarşı sansksiyaların davam etdirilib-etdirilməməsi ilə bağlı Birlik ölkələri iki düşərgəyə bölünüb.

Qəzet sanksiyaların aradan qaldırılmasına tərəf olan ölkələrin sırasında İtaliya, Macarıstan, Yunanıstan kimi dövlətlərin olduğunu bildirməklə yanaşı, Rusiyaya qarşı məhdudliyyətlərin götürülməsinə qarşı çıxan ölkələrin əsasən İngiltərə, İsveç, Baltikyanı dövlətlər və Polşa olduğunu yazıb.

"Financial Times" bu səbəbdən diplomatların hər iki düşərgə arasında konfrontasiyanın dərinləşəcəyindən ehtiyatlandığını bildirib.

Buna görə də hadisələrin bu yöndə inkişafından qaçmaq naminə daha mülayim dövlətlər sanksiya məsələsini Avropa Birliyinin bu ilin dekabr ayında baş tutacaq sammitinə qədər təxirə salınmasına qərar veriblər.

“Gec-tez biz anti-Rusiya sanksiyaları məsələsini detallı şəkildə müzakirə etməli olacağıq və dekabr sammiti bunun üçün ən yararlı məkan və zamandır”, – qəzetə rəsmi qaynaqlardan bildirilib.

Digər mənbələrdən gələn məlumata görə, bir sıra Avropa dövlətləri sanksiyalar məsələsinin qırılma nöqtəsinə gəldiyi ilə bağlı Moskvaya siyasi siqnalın verilməsinin mümkünlüyünü müzakirə edirlər.

Hər halda Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin yumşaldılması prosesi artıq başlayıb. İyunun 8-də Fransa Senatı anti-Rusiya sanksiyalarının yumşaldılması barədə qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşısa da digər ölkələr üçün presedent yarada biləcək bir sənəddir.

Bundan başqa, Avstriya da Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olduğunu bildirib.

Musavat.com