XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 12:36

Əri döyülən məktəb direktoru:"Akif müəllim qızlara əsəbiləşib, yüngülvari vurub"

dava-doyulme

Binəqədi rayonundakı Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinin direktoru Akifə Səmədova məktəbin müəllimi Akif Səmədovun valideyn tərəfindən döyülməsi olayına yenidən münasibət bildirib.

O, açıqlamasında hadisə fizika dərsində baş verdiyini bildirib: “Dərs zamanı 3 qız gülüb. Akif müəllim də qızlara əsəbiləşib, yüngülvari vurub. Bu da valideynə pis təsir edib. Deyib ki, mənim uşağımı vurmaq sənə baha başa gələcək. Ona görə də şikayət edib”.

A.Səmədovanın sözlərinə görə, müəllimin xəstəxanada olmasıyla bağlı yayılan informasiya həqiqəti əks etdirmir: “Yazıblar ki, guya xəstəxanadadır. Akif müəllim hazırda məktəbdə və dərsdədir. O, 47 yaşında olan bir kadrdır. 25 ildir müəllim işləyir. Bu günə kimi ondan heç bir şikayət olmayıb”.

Direktor qeyd edib ki, hadisə Binəqədi Rayon Polis Şöbəsində araşdırılır: “Akif müəllim də qarşılıqlı olaraq ona şər atan valideyndən şikayət edib. Hazırda araşdırma gedir”.

AzNews.az