XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 02:36

Kadırov çeçen hərbçini müdafiə etdi: “Günahsızdır”
çeçenistan rəhbəri Ramzan Kadırov “Şimal” batalyonunun hərbçisi Ruslan Qeremeyevin Boris Nemtsovun qətlinin təşkilində qeyri-rəsmi şübhəli bilinməsini əsassız adlandırıb. “O günahsızdır, nə körpüdə, nə körpünün yaxınlığında, nədə ki, ümumiyyətlə qətl törədilən rayonda olub. Qeremeyev ədalətli qərar veriləcəyi təqdirdə məhkəmə qarşısına çıxmağa hazırdır. Onun qətllə heç bir əlaqəsi yoxdur, bunu hamı bilir”, – deyə Kadırov “Forbes”ə müsahibəsində bildirib.

Kadırovun sözlərinə görə, Qeremeyev dövləti, Rusiyanı qoruyan ən yaxşı döyüşçülərdən biridir. Onun sözlərinə görə, o, Qeremeyevin aqibəti ilə bağlı məsələni Rusiya prezident ilə müzakirə etməyib. Ramzan Kadırov müsahibəsində Ukraynada olan ümumi düşmənlərə qarşı birləşməyə çağırıb.

Qeyd edək ki, Ruslan Qeremeyev çeçenistanda güclü mühafizəyə alındığından, onu iş üzrə dindirmək hələlik mümkün olmayıb.

Bəzi məlumatlara görə, Qeremeyev saxta sənədlərlə ölkəni tərk edib. Onun Boris Nemtsovun qətlinin təşkilində şübhəli bilinməsi barədə məlumat hələ də rəsmi təsdiqlənməyib və şərh olunmayıb.

APA