XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2015 - 02:43

ABŞ-dan Ukraynaya daha bir dəstək nümayişi – Con Makkeyn Dnepropetrovskdədir
ABŞ senatoru Con Makkeyn Ukraynanın Dnepropetrovsk şəhərinə səfər edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett özünün Tvitter səhifəsində paylaşıb.

“Senator Makkeyn və sizin rəhbərlik etdiyiniz nümayəndə heyəti Dnepropetrovsk şəhərinə xoş gəlmişsiniz. Bu ABŞ-ın Ukraynaya dəstəyinin nümayiş etdirilməsidir”, – deyə məlumatda bildirilir.

Bir qədər sonra sosial şəbəkələrdə senatorun “Dnepr-1” alayının və alay komandiri Yuri Beryoza ilə şəkilləri yayılıb.