XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 17:12

Azərbaycanda ciddi daşqın təhlükəsi yaranıb –AMEA-dan qorxunc proqnoz

cay-araz

Son günlər Azərbaycan ərazisində yağıntıların artması çaylarda daşqın təhlükəsi yaradıb.

AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib ki, yağışlardan sonra ölkə üzrə əsas təhlükəli vəziyyət daşqın və sürüşmələrlə bağlıdır.

Hazırda çaylardan daşqınların keçdiyini deyən direktor müavini qeyd edib ki, daşqın təhlükələri əsasən, Böyük Qafqazın cənub yamacındakı çaylardadır: “Bundan əlavə, Lənkəran çaylarında, şimal-şərq yamacda – Tovuz, Gədəbəy, Daşkəsən zonası çaylarında, Gəncəçay zonasında daşqınların olma ehtimalı yüksəkdir. Bunların da səbəbi yağıntının çox olması ilə bağlıdır. Hazırda çaylarda gursululuq dövrüdür. Yaxın günlərdə yağışların çox yağması nəticəsində gursululuq daşqınlara çevrilə bilər”. (APA)