XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 07:37

Nazir Ramil Usubov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
Strateq.az AzVision.az-a istinadən bildirir ki, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub.

Belə ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Astara rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.