Bu gün Prezident İlham Əliyev bır sıra təyinatlarla bağlı sərəncam da imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezidentin digər sərəncamı ilə Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin olunub.