XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 22:36

Avropa Şurası İşgəncələrə qarşı Komitəsində seçki –Azərbaycanlı hakim üzv seçildi

C

Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Komitəsinə yeni seçki olub.

Strateq.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev adıçəkilən komitənin yeni üzvü seçilib.

Xatırladaq ki, bundan əvvəl həmin komitədə Azərbaycanı Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov təmsil edib. L.Hüseynov, həm də həmin Komitənin ilk azərbaycanlı sədri olub. 

Lətif Hüseynov

Onu da qeyd edək ki, qısa olaraq İşgəncələrə qarşı Komitə (CPT) adlanan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsi, azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək məqsədilə, üzv ölkələrdəki bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanalar, polis məntəqələri, uşaq koloniyaları, xarici vətəndaşların saxlanıldığı yerlər və ruhi dispanserlərə qeyri-məhdud şəkildə baş çəkmək hüququna malikdir.