XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 01:10

AVRO-2016:Ruslar ingilislərə tilsimi qırmağa son anda imkan vermədi

rusiya-ingiltere

"Avro-2016”da B qrupunda bu gün İngiltərə və Rusiya milliləri qarşılaşıb.

Strateq.az xəbər verir ki, çoxsaylı qol epizodlarını qaçıran ingilislər, nəhayət, 73-cü dəqiqədə hesabı açıblar.  Erik Dayer komandasını önə çıxaran qola imza atıb – 1:0.

Hamı oyunun bu nəticə ilə bitəcəyini gözləsə də, ruslar oyuna sonradan daxil olan Vasili Berezutskinin simasında əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə (90+2) hesaba tarazlıq gətirib – 1:1.

Beləliklə, B qrupunda ikinci qarşılaşma bərabərliklə başa çatıb. 

Strateq.az onu da xəbər verir ki, ingilislər Avropa çempionatı qrup oyunlarının ilk qarşılaşmalarının heç birində bu günədək qələbə qazana bilməyiblər. Bugünkü görüşdə isə bu tarixi tilsimi qırmağa yaxın olsalar da, son anda şansı qaçırıblar. 

Beləliklə, hazrkı nəticələrə görə, B qrupunda Uels millisi qrup lideri, ruslarla ingilislər isə hərəyə bir xalla 2 və 3-cü yeri bölüşdürürlər. 

N Komandalar O Q H M T-F X
1 Uels 1 1 0 0 2-1 3
2 İngiltərə 1 0 1 0 1-1 1
3 Rusiya 1 0 1 0 1-1 1
4 Slovakiya 1 0 0 1 1-2 0