XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 01:04

Rusiya Suriyada qadağan olunmuşsilahdan istifadə edir

Rusya'dan bir savaş suçu daha

 

Rus ordusuna aid döyüş təyyarələri Hələb yaxınlarındakı Handarat bölgəsinə fosfor bombası atıb.

Strateq.az xəbər verir ki, bu məlumatı bölgədəki təhlükəsizlik qaynaqları yayıb.

Məlumata görə, bombardıman nəticəsində 2 uşaq həyatını itirib, 6 mülki şəxs yaralanıb.

Vətəndaşların sıx yaşadığı bölgələrdə fosfor bombasından istifadə olunması beynəlxalq razılaşmalara, xüsusilə 1980-ci ildə bağlanmış Ənənəvi silahlar Konvensiyasına əsasən, cinayət hesab edilir.

Həmin bombanı təhlükəli edən xüsusiyyəti budur ki, patladıktan sonra ağ fosfor aşağı enir və yerdə partlayışlarla birlikdə yanmağa başlayır. Bombanın tüstüsünü tənəffüs edən adam havasızlıqdan boğularaq, ölür.

Ağ fosfor yandırdığı insanların paltarlarında çox iz meydana gətirmir, yanma prosesi bədənin içində baş verir. Getdikcə insanın bədəni içəridən çölə doğru yanır. Yanmanı dayandırmaq isə mümkün olmur.