XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 01:51

AVRO-2016 :Türkiyə 8 il əvvəlki uğurunu təkrarlayacaqmı?

Turkiye-yiqmasi

Bu gün futbol üzrə Avropa Çempionatında 1-ci qrupda Bakı vaxtı ilə saat 17.00-da Parisin "Park de Prens" stadionunda Türkiyə yığması Xorvatiya millisi  ilə qarşılaşacaq. Artıq bukmeykerlər hər iki  komandanın qələbə şanslarını dəyərləndirməyə start veriblər. 

Türkiyə seçmə mərhələdə ən yaxşı nəticə göstərən komandalaradan biri olaraq birbaşa çempionatda iştirak hüququ qazanıb. Baxmayaraq ki, türklərin çox güclü rəqibləri vardı, Fateh Terimin komandası öz əzmi ilə çempionata vəsiqəni təmin etdi. Məhz Türkiyə Hollandiyanı yarışdan kənarlaşdırdı. Türklər hollandlara Türkiyədə qalib gəldilər və turnir cədvəlində arxada qoydular. Fateh Terimin yetirmələri 10 oyundan 5-də qalib gəldilər. Türklər yalnız qrupda ilk oyunlarda Çexiya və İslandiyaya uduzmuşdular. Seçim mərhələsini son 3 oyununu isə ümumən, 6-0 hesabı ilə qələbəylə başa vurdular. Türkiyə ilə eyni qrupda Qazaxıstan və Latviya da oynayırdı. Türkiyə yığması FİFA reytinqində 13-ci, UEFA reytinqində isə 22-ci  yeri tutur.  

Furbol şərhçiləri türklərin çox böyük əzmini və motivasiyasını qeyd edirlər. Təsadüfi deyil ki, türklər Avropa Çempionatında   “Biz bitmədi deməyincə, bitməz!”  şüarı ilə çıxış edirlər.

Xorvatlar  seçmə mərhələsini türklərə nisbətən daha asan keçiblər. Xorvatlar İtaliya, Norveç, Bolqarıstan, Azərbaycan və Maltanın yer aldığı qrupdan çıxdılar. 10 oyundan xorvatlar 21 xal yığa bildilər. İtaliya  ilə oyun ərəfəsində xorvat tərəfdarların irqçi  şüarlar səsləndirmələrinə görə komandanın 1 xalını silsələr də, bu Avro 2016-ya vəsiqə qazanmağa mane ola bilmədi.  Norveçdə səfər matçında məğlubiyyət, Azərbaycanla isə heç-heçə xorvatları çox məyus etmişdi. Buna görə, komandanın baş məşqçisi Niko Kovaç istefaya göndərildi. Onu yerini Ante Çaçiç gətirildi.

Xorvatiya yığması FİFA reytinqində 28-ci, UEFA reytinqində isə 12-ci  yeri tutur.  21-ci əsrdə xorvatlar yalnız 2010-cı il Dünya Çempionatında iştirak etməyiblər.

Türkiyə və Xorvatiya komandasının nəticələrini müqayisə edərkən Balkan yığmasının məhsuldarlığını qeyd edtmək lazım gəlir. Xorvatlar 20 qol, türklər isə 14 qol vura biliblər. Xorvatlar 10 oyunda 5 qol buraxıblar. Türklər isə 10 oyunda 90 qol buraxıblar.

Qeyd edək ki, Türkiyə Xorvatiya oyunu hər iki komanda üçün prinsipiallığı ilə seçilir. 2008-ci il Avropa Çempionatında,  dörddə bir final qarşılaşmasında türklər oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə,  119-ci dəqiqədə qapıdan 1 qol buraxmışdılar. Xorvat azarkeşlər qələbəni qeyd etməyə başlayan anda, oyunun bitməsinə bir neçə saniyə qalmış "Ay ulduzlu" komanda hesabı bərabələşdirmişi. Penaltilər seriyasında isə türklər qələbə çalaraq finala çıxmışdılar. Xorvatlar  8 il sonra “yeniçərilər” lə hesablaşcaqlarını iddia edirlər. Türklər isə 8 il əvvəl olduğu kimi sonadək qələbə uğrunda savaşacaqlarını və oyundan yenə qalib ayrılacaqlarını bəyan edirlər. 

Futbol mütəxəssisləri Türkiyə Xorvatiya oyunundan söz açarkən,  hücüm futbolunun şahidi olacağımızı vəd edərək,  hər iki komandanın iddialarının yersiz olmadığını bildirirlər.

Strateq.az