XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 13:41

ABŞ-ın Səudiyyə xofu:Riyad Vaşinqtonu yerində oturtdu

CIA'den Suudi Arabistan'a gizli belge garantisi

Mərkəzi Kəşfiyyat İdarəsi Səudiyyə Ərəbistanına 11 sentyabr hadisəsinin törədilməsində rəsmi Riyadın günahlandırılmayacağı barədə zəmanət verib.

Strateq.az İsrailin “Haaretz” qəzetinə istinadən xəbər verir ki, MKİ rəhbəri Con Brennan zəmanətində 11 sentyabr terror hücumlarıyla bağlı 28 səhifəlik çox gizli sənədi ABŞ konqresinə təqdim etmək məqsədilə yayınlana biləcəyini bildirib. Həmin sənədlər Səudiyyə Ərəbistanının hadisəylə heç bir əlaqəsinin olmadığını göstərir.

Xatırladaq ki, ABŞ Konqresinin Səudiyyə Ərəbistanını 11 Sentyabr hücumlarında rol oynayan şəxslərlə əlaqəli günahlandırmasının ardından iki ölkə arasında dərin bir böhran yaşanmışdı. Rəsmi Riyad bu qətnamə layihəsi gündəmə gələndə ona sərt reaksiya vermiş, qərar qəbul olunacağı təqdirdə, ölkəsinin ABŞ-dakı 750 milyard dollarlıq investisiyasını geri çəkəcəyini və ya satacağını bəyan etmişdi. Səudiyyə Ərəbistanı sözünün üstündə durarsa, ABŞ-ın ciddi iqtisadi sarsıntılara məruz qalacağı güman olunur.

Ağ ev Riyadın təhdidini ciddi qəbul etmiş, Barak Obama məsələyə aydınlıq gətirmək üçün şəxsən Ərəbistana yollanmışdı. Ərəb liqasının toplantısına təsadüf edən həmin səfər zamanı prezident çox soyuq qarşılanmış, onun aeroportda qabağına çıxan ən yüksək səlahiyyətli nümayəndə Riyadın meri olmuşdu. Məlumata görə, həmin səfərdə Obama rəsmi Riyada qətnamənin konqresdən keçməyəcəyinə, keçərsə də özü tərəfindən veto qoyulacağına dair söz vermişdi.

MKİ-nin Səudiyyə Ərəbistanına bəraət qazandıracaq sənədləri yayınlamaq barədə zəmanəti də ABŞ-ın Səudiyyə krallığını yola gətirmək səylərinin tərkib hissəsidir.

Bəs, iki müttəfiqin arasında soyuq yellərin əsməsinə səbəb olan qətnamə layihəsi Riyad üçün niyə bu qədər önəmlidir?

Qətnamə 11 sentyabr hadisəsində iştirak edən 19 terrorçunun əksəriyyətinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu və bu terrorçuların hamısının və ya bir hissəsinin krallıq hökuməti, dövləti və ya bəzi səlahiyyətli şəxsləri tərəfindən dəstəkləndiyi iddialarını daşıyır. Və 11 sentyabr qurbanlarının ailələrinin Səudiyyə Ərəbistanına qarşı məhkəmə iddiası qaldıra biləcəyini nəzərdə tutur.

Heydər

Strateq.az