XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 16:07

“Aktobe terroru”nun bütün iştirakçıları tutuldu- Nazarbayev qanunvericiliyi sərtləşdirir

Aktobe olaylarında adı keçən terrorçuların hamısı zərərsizləşdirilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Ölkənin Antiterror Mərkəzindən isə bildiriblər ki, hucumçularla bağlı əməliyyat məlumatı daxil olandan sonra göstərilən ünvanlara basqın edilib. Və məlum hadisələrə görə axtarışda olan Kuanışbaev, Tanatarov və Akpanbetov adlı şəxslər həbs olunub.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktobe olaylarını terakt adlandırmış, hücumda iştirakı olan bütün yaraqlıların həbs olunaraq ağır şəkildə cəzalandırılması və saxlanılan zaman müqavimət göstərənlərin məhv edilməsi əmrini vermişdi. 

Prezident hesab edir ki, Aktobedə bir sıra obyektlərə hücum edən terrorçular xaricdən tapşırıq alıblar: “Əldə olunan məlumatlara əsasən, terror aktı radikal dini cərəyanın üzvləri tərəfindən təşkil olunub, onlar tapşırıqları xaricdən alıblar”. Nazarbayev həmçinin bəyan edib ki, Qazaxıstanda “rəngli inqilab” təşkili cəhdlərinin əlamətləri yaşanıb. 

Milli Təhlükəsizlik Şurasının son iclasında Nazarbayev hökumətə terrorizm, ekstremizm, silah saxlanılması və satışı, həmçinin miqrasiya və dini birliklər sahəsində qanunvericilik paketinin hazırlanmasına göstəriş verib. 

Xatırladaq ki, iyunun 5-də Aktobe şəhərində terror aktı törədilib. Naməlum silahlı qruplar iki silah mağazasına və hərbi hissəyə hücum ediblər. Hadisə nəticəsində üç mülki şəxs və üç hərbçi həlak olub. Hücumçulardan 13-ü elə hadisə yerində öldürülüb. 

İyunun 5-də Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi elan edilmiş, iyunun 9-da isə ölkədə matəm elan olunmuşdu.