XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 17:10

Gecə klubunda terror ABŞ-ı silkələdi:20-dək ölü, 42 yaralı

orlado

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.

C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.

Orlando polisi baş verən olayı terror aktı adlandırıb.

Qeyd edək ki, gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.