XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 15:39

ABŞ Səudiyyə Ərəbistanını şantaja keçdi – “Wikileaks” işə salındı

Məşhur “WikiLeaks” indi də Səudiyyə Ərəbistanını hədəfə alıb. Müxtəlif ölkələr haqqında gizli məlumatlar dərc edərək orada ciddi qarşıdurmalar yaradan sayt bu gün Səudiyyə krallığı haqqında 60 min diplomatik sənəd yayınlayıb. önümüzdəki həftələrdə daha yarım milyon sənədin yayınlayacağını bildirilir.

Maraqlıdır ki, bu hadisə Səudiyyə Ərəbistanı vəliəhdinin Rusiyaya səfəriylə eyni vaxta təsadüf edir. Bu səfər zamanı Moskvayla strateji müqavilələr imzalayan Səudiyyə Ərəbistanının xüsusilə öz nüvə energetikasını yaratmaq təşəbbüsü və onu Rusiya vasitəsilə həyata keçirməyə çalışması ortaya çıxdı. Əldə edilən razılıqlardan biri də qaz və neft sahəsində birgə fəaliyyətlə bağlıdır. Halbuki, bu zaman qədər elə həmin krallıq Rusiyanın çökdürülməsi planında neft və qazdan strateji silah kimi istifadə edirdi.

ABŞ-ın Yaxın Şərqdəki ən önəmli müttəfiqi hesab olunan krallığın indi tam tərs yönə addım atması öz ənənəvi ağasından üz döndərmək kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, krallıq bu addımı Vaşinqtonun bu istiqamətdə Avropa ölkələriylə təmaslarını gücləndirdiyi, bir sıra Qərb ölkələrinin Rusiyanın mal varlığını müsadirə etdiyi bir zamanda atdı.

Səudiyyə Ərəbistanının olduqca həlledici bir zamanda bu özfəaliyyətinin cavabsız buraxılmayacağı ehtimal olunurdu. Odur ki, krallıq haqqında gizli sənədlərin məhz belə şəraitdə ictimailəşdirilməsi təsadüfi görünmür. Məlum hadisə artıq onun barəsində fitva verildiyini təsdiqləyir.

Ağasının Səudiyyə krallığı haqqında daha nə fitva verəcəyi rəsmi Riyadın özünü necə aparmasından asılı olacaq. Güman ki, “Wikileaks”də hələlik bilinən məlumatların dərc olunması və yaxın günlərdə 100 minlərlə bu cür diplomatik məlumatların yayınlanacağının bildirilməsi də bununla bağlıdır. Yəni, ağa öz cızığından çıxmaq istəyən nökərinə “özünü yaxşı aparmasan, açaram sandığı, tökərəm pambığı” mesajını göndərir. Səudiyyə krallığının bu şantaja nə cür cavab verəcəyi də, hələlik, maraq doğuran müəmmalardandır.

Heydər Oğuz

Strateq.az