XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 20:36

“Suriya türkmənləri səlib yürüşünün bədəlini ödəyir”

“Suriyanın şimalında Amerikanın yardımıyla PYD (kürdçə-Xalq özünümüdafiə Birlikləri) etnik təmizlik siyasətini davam etdirir. Bu zülmə qarşı təkbaşına mübarizə aparan Bayır-Bucaq türkmənləri çətin vəziyyətdədir”.

Strateq.az bildirir ki, bu sözlər Suriya Türkmənləri Cəmiyyətinin baş katibi Samir Hafiz Türkiyənin http://www.ilkehaber.com/ saytına açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ-ın 1918-ci il tarixli Vilson planında sərhədləri çəkilən 22 ölkəli yeni Orta Şərq xəritəsinin reallığa çevrilməsi üçün artıq düyməyə basılıb. İlk mərhələdə Türkiyənin cənubu boyunca uzanan “Böyük Kürdüstan” qururlar.

Suriya Türkmənlərinin sözcüsü bombalanaraq İŞİD-dən təmizlənən yerlərə PYD-nin yerləşdirildiyini, bölgədəki ərəb və türkmənlərin köçə məcbur edildiyini bildirib. O, kürdlərin önündəki ən böyük maneənin Bayır-Bucaq türkmənləri olduğunu deyib: “Bir dövlət qurulur şimalda, Bayır-Bucağı da ələ keçirsələr geriyə bir Aralıq sahilləri qalacaq. Beləliklə, kürdlər dənizə açılacaq – məqsədləri budur. PKK da bunun arxasındadır, proseslər həm Suriya, həm də Türkiyə üçün böyük təhlükə əxz edir”

Tel Abyadın 80%-nin ərəb və türkmənlərdən ibarət olmasına baxmayaraq, İŞİD-in boşaltdığı yerlərin kürd birliklərinin idarəçiliyinə keçdiyini deyən Hafizin sözlərinə görə, Şimali İraqdan 2 min 700 ailə Tel Abyada yerləşdirilib: “Hətta Türkiyəyə sığınan 20 min kürd əslli qaçqın da geri dönəcək. İŞİD də kürdlərin qarşısından çəkiləcək, onlar da bu oyunun içindədirlər”.

Türkmənlərin silahlandırılmasının şərt olduğunu düşünən sözçünün fikrincə, əllərində qalan tək qala Bayır-Bucaqdır və onu qorumaq lazımdır: “Bayır-Bucaq türkmənlərinin sayı 375 min ətrafında idi. Köçən köçüb. Geridə qalanların bir çoxu meşələrdə, çadırlarda yaşayır. Bayır-Bucaqda köç olursa, bu bölgə tamamilə əlimizdən çıxacaq. Kürdlərdən əvvəl İŞİD Bayır-Bucağa gələ bilər. Bundan qorxuruq. Kürdlərdən əvvəl İŞİD-ə qarşı hücuma başlayan türkmənlərdir. Müdafiə xəttini qurmaqdan ötrü bölgədə muxtariyyətlik elan edilməlidir. Bunun üçünsə Türkiyənin dəstək verməsi şərtdir” – deyən Samir Hafiz Tel Abyadın ələ keçirilməsi ilə 28 türkmən kəndinin boşaldılıb yurd-yuvalarına kürdlərin yerləşdirildiyini ifadə edib.

Türkmənlərin tarix boyu bu yerlərdə yaşadığını və müqəddəs bir missiya daşıdıqlarını bildirən sözçü Suriya türkləri (Türkmənləri olaraq anılırlar) Səlcuqlu və Osmanlı dövründə müsəlmanların müqəddəs bölgələrindən sayılan Həcc yollarını qorumaq məqsədiylə burda məskunlaşdıqlarını bildirib: “Suriya türkləri tarixən bu yerlərdə çox böyük vəzifələri öhdələrinə götürmüşlər. Səlib ordularına qarşı apardıqları döyüşlərlə bərabər günümüzə qədər işğal altında olan bölgələrdə müqəddəs həcc yollarının qoruyucuları və müdafiəçiləri olmuşlar”.

Suriyanın fərqli bölgə və şəhərlərində məskunlaşan Suriya türkmənlərinin əsasən Şam, Lazkiyə, Xama, Xüms, Hələb, Rəqqa şəhər və kəndlərində toplandığını deyən Hafiz onu da bildirib ki, bu insanlar vətəndaş müharibəsindən öncə də zülmə məruz qalmışlar. Ərəb sosializminin assimilyasiya proqramı çərçivəsində dil təhsillərinə maneələr törədilmiş, kəndlərinin adları dəyişdirilmiş, ictimai və mədəni inkişaflarının qarşısı alınmışdır. Ancaq buna baxmayaraq, türkmənlər dillərini, dinlərini və mədəniyyətlərini bu günə qədər qoruya bilmişlər.

Strateq.az