XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 04:11

Əhməd Altan: “AKP-MHP koalisiyası MHP-ni bitirər”

Türkiyədə qurulması planlaşdırılan koalisiya hökumətinin tərkibinin necə olacağı barədə müzakirələr davam edir. Siyasi və ictimai xadimlər müxtəlif versiyalar irəli sürür və məsələni eninə-uzununa dartışırlar. Ən real görünən versiyalardan biri AKP-MHP koalisiyası olsa belə, bu ittifaqın da özünə görə mənfi nəticələr doğuracağından ehtiyat edilir. AKP-nin hələ də kürd əhali arasında ciddi nüfuzunun olduğunu düşünən müşahidəçilər MHP-ylə ittifaqa gedəcəyi təqdirdə onun xeyli səs itirəcəyini proqnozlaşdırırlar.
ölkənin öndə gələn yazarlarından Əhməd Altan da məsələyə bu aspektdən yanaşanlardandır. “S haber” telekanalının qonağı olan yazar son parlament seçkilərində Türkiyənin böyük bir təhlükənin astanasından döndüyünü bildirib. Onun sözlərinə görə, AKP daha artıq səs qazana bilsəydi, qardaş ölkədə dini xarakterli bir diktatorluq qurulacaqdı.

Bununla belə, seçkinin indiki nəticələrinin də ölkəni başqa bir təhlükəylə üz-üzə qoyduğunu düşünən yazara görə, ən önəmli problem qurulacağı gözlənilən koalisiya hökumətinin doğuracağı məsələlərdir. Ortaya çıxan indiki tablonun AKP-MHP koalisiyasının qurulacağından xəbər verdiyini deyən Altan bu ehtimalın mümkün nəticələrindən danışarkən bildirib: “Görünən budur ki, AKP-MHP koalisiyasına hazırlıq gedir. Nə olar, nə olmaz, bilmirəm… Siyasət bu… Amma buna əminəm ki, AKP-MHP koalisiyasında MHP tamamən bitər. çünki AKP-ni xilas edən, qoruyucu klapan vəziyyətinə düşər. Bu koalisiya baş tutarsa, HDP ilk seçkidə 20%-dən artıq səs alıb, ana müxalifət olar.”

Strateq.az