XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 10:35

Nazirlər Kabineti qərar verdi –Bu ay 3 gün iş olmayacaq

nazirler-kabineti

İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də, çərşənbə günü iş olmayacaq. 

26 iyunda isə Azərbaycan Silahlı Qüvvələr günü qeyd ediləcək.

Bayram bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü elan edilib.

Bununla da beşgünlük qrafiklə çalışanlar üç – şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 25-26-27 iyun tarixlərində istirahət edəcəklər. 

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. 

ANS