XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 07:47

Bahçelidən sərt sözlər: “Millətsiz kreslo alimə cahil, ağıllıya dəli deməkdir”

Bahçeli Kılıçdaroğlunu “kreslo tədarükçüsü” adlandırdı

MHP lideri “Hökuməti birlikdə quraq, Bahçeli baş nazir olsun” deyən CHP sədri Kamal Kılıçdaroğluna sərt cavab verib.

Tvitter sosial şəbəkəsində açıqlama verən Devlət Bahçeli Kılıçdaroğlunu “kreslo tədarükçüsü” adlandırıb. MHP lideri yazır: “11 ayın sultanı ramazan ayına qovuşmağın xoşbəxtliyini yaşayırıq. Allahdan diləyim dualarınızın qəbul olunmasıdır. Əziz millətimin, türk-İslam aləminin ramazanını təbrik edirəm. Oruc ibadət olduğu qədər də mənəvi tərbiyədir. Oruc rəhmət və mərhəmət qapılarının açarıdır”.
Bahçli daha sonra ona baş nazirlik təklif edən Kılıçdaroğluna “mesaj göndərib”: “Əcəba, kreslo tədarükçülüyünə meyllənənlər, vəzifə həvəsinə qapılanlar siyasətin haqqını layiqincə verə bilərlərmi? Kreslo məqsəd deyil, vasitədir. Millətsiz kreslo alimə cahil, ağıllıya dəli deməkdir”.