XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 12:36

Polis Bakıda gücləndirilmiş iş rejiminə keçəcək –General səbəbini açıqladı

sehlab-general

“Son zəng” günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

S. Bağırov bildirib ki, son zənglə əlaqədar iyunun 14-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq: "Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək".

S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib: "Sabah məktəbi bitirən məzunlar Dənizkənarı Milli Parka buraxılmayacaq. Sabah Bakı şəhərində keçiriləcək Formula-1 üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq".

Qeyd edək ki, bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir.

APA