XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 17:05

“Çinin əsirinə çevrilirik” –Rus politoloqdan sensasion açıqlama

andrey-politoloq

"Çinlə koalisiya Rusiyanın Uzaq Şərq və Sibirə nəzarəti itirməsinə səbəb olacaq”.

Bunu “Azadlıq Radiosu”na açıqlamasında rusiyalı ekspert Andrey Piontkovski söyləyib.

Onun sözlərinə görə, Rusiya durmadan postsovet ölkələrinə olan təsirini itirir:

“Xüsusilə, Mərkəzi Asiya dayanmadan iqtisadi gücünü toplayan Çinin təsir dairəsinə düşür. Biz öz əlimizlə orada Şanxay Əməkdaşlıq Təşkilatı yaratdıq. Biz ətrafımızda vassal toplamağa çalışdığımız bir zamanda özümüz Çinin əsirinə çevrilirik. Qərblə münasibətlərin pisləşməsi və Çinlə koalisiya Rusiyanın Uzaq Şərq və Sibirə nəzarəti itirməsinə səbəb olacaq”.