XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 08:33

Gürcü ordusu rus qorxusundansuçiçəyi çıxartdı

 

ABD ve Gürcistan ortak tatbikatına suçiçeği engeli

Gürcüstan ABŞ-la NATO çərçivəsində keçirməyi planlaşdırdığı hərbi manevri təxirə salıb. Səbəb gürcü əsgərlərin suçiçəyi çıxartmasıdır.

Srtateq.az xəbər verir ki, Gürcüstanın bu qərarı NATO qüvvələri tərəfindən mübahisəli və utandırıcı olaraq qəbul olunub.

Ekspertlər qərarı rus təzyiqi ilə əsaslandırsalar da, gürcülər and-aman edirlər ki, manevrə qatılacaq əsgərlər suçiçəyi çıxarıblar. Suçiçəyinin adətən uşaq xəstəliyi olduğunu və insanın ömrü boyu yalnız bir dəfə ona tutulduğunu nəzərə alsaq, Gürcüstan ordusunda uşaqkən suçiçəyi çıxarmayanların hamısının NATO-yla hərbi təlimdə iştirakı gözlənilən tabora toplanması isə inandırıcı görünmür.

NATO-Gürcüstan yaxınlaşmasının Rusiyanı öz daxili gölü halına gətirmək istədiyi Qara dənizdə sıxışdırmaq üçün planlaşdırıldığını nəzərə alsaq, suçiçəyi müəmmasının əsl səbəbini anlamaq mümkündür. Görünən budur ki, Gürcüstan ordusu rus qorxusundan “suçiçəyi çıxarıb”.