XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 10:46

İlk İslam aviaşirkətinin uçuşlar keçirməsinəqadağa qoyuldu

Malayziya hökuməti sərnişinlərə şəriət qaydalarına uyğun xidmət göstərən ilk İslam aviaşirkəti «Rayani Air»in uçuşlar keçirməsinə qadağa qoyub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya Nazirliyi üç aylıq araşdırmadan sonra aviaşirkətin lisenziyasını ləğv edib. 

Buna səbəb kimi şirkətin iş şəraitində yol verdiyi nöqsanlar göstərilir. Söhbət, əsasən, sərnişinlərin təhlükəsizliyi sahəsində yaranmış problemlərdən gedir. Həmçinin nazirliyə pilotların tətillərdə iştirakı zamanı uçuşların ləğv edildiyinə dair tez-tez şikayət daxil olubmuş.

«Rayani Air» fəaliyyətinə ötən ilin dekabrında başlamışdı. Uçuş zamanı sərnişinlərə yalnız halal qida təklif olunurdu. Spirtli içkinin istənilən növü qadağan idi. Bununla yanaşı, stüardessalar hicablı olmalı idilər.

İki təyyarəsi (Boeing 737-400) olan şirkətdə 8 pilot və 50 ekipaj üzvü çalışırdı.