XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 11:35

BMT İnsan Haqları Komitəsinə ilk dəfə İsrail rəhbərlik edəcək- Ərəb dövlətləri sərt etiraz etdi, ABŞ dəstəklədi

BMT-nin tarixində ilk dəfə olaraq Baş Assambleyanın komitələrindən birinə israilli diplomat rəhbərlik edəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bir sıra müsəlman, eləcə də ərəb dövlətlərinin etirazlarına baxmayaraq, BMT-nin daimi nümayəndələrindən Dani Danon qurumun İnsan Haqları Komitəsinə sədr seçilib. 

Səsvermə zamanı BMT-nin 193 üzv dövlətindən 109-u Danona səs verib. Danondan fərqli olaraq digər komitə sədrləri isə yekdilliklə seçilib. İsrailin namizədliyini ABŞ və yəhudi dövlətləri dəstəkləyib.

Ərəb dövlətlərinin təmsilçiləri – Fələstin üzrə daimi nümayəndə Riyad Mansur, Yəmən təmsilçisi Xaled Alemani Danonun namizədliyinə sərt təpki veriblər. Onlar İsraili insan haqları üzrə beynəlxalq normaları pozmaqda ittiham ediblər. 

Səsvermənin nəticələri elan olunandan sonra Danon çıxış edərək bildirib ki, ölkəsinin BMT Baş Assambleyasında İnsan Haqları Komitəsinə rəhbərlik etməsindən qürur duyur: «Bəzi ərəb dövlətlərinin bunun qarşısını almaq cəhdlərini təəssüflə izləməli olduq».

Qeyd edək ki, məlum komitə qurumda beynəlxalq hüquq məsələlərinə, bu sahədə sənədlərin hazırlanmasına və Baş Assambleyada səsverməyə çıxarılmasına baxır.