XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 12:25

“Sənin sözünün olmayan vaxtı olur ki, ay Zahid?!” –Spiker deputata əsəbləşdi

oqtay-zahid

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında növbəti söz atışması yaşanıb.

Buna millət vəkili Zahid Orucun cari məsələlərin müzakirəsinə təkid etməsi səbəb olub. Spiker isə Z. Oruca bir qədər əsəbi tərzdə cavab verib.

“Sənin sözün olmayan vaxtı olur ki, ay Zahid?! Elə deyən kimi deyirsən ki, sözüm var”- deyə, spiker qeyd edib.

Z. Oruc da öz növbəsində spikerə yerdən etirazını bildirib.

Ancaq iclas cari məsələlərin müzakirəsi olmadan öz işinə başlayıb.

Qafqazinfo