XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 05:20

İlham Əliyev şəkil çəkdirdiyi Qarabağ qazisinə nə deyib?!

Qarabağ qazisi İlham Məhərrəmovun prezident İlham Əliyevlə fotosu yayıldı.

Qazilər.az saytı İ.Məhərrəmovdan fotonun çəkilməsi məqamını soruşub: “Mən cənab prezidentin fotosunu çəkmək istəyirdim, özü mənə yaxınlaşdı, fotoaparatı əlimdən alıb köməkçimə verib dedi ki, “bizim şəklimizi çək”. Onun mənimlə görüşünü, şəkil çəkdirməyini tribunadakı tamaşaçılar da alqışlarla qarşıladı. Cənab prezident dedi ki, mənimlə görüşəcək“- deyə, qazi bildirib.

Xatırladaq ki, İ.Məhərrəmov 21 il əvvəl Qarabağ müharibəsində aldığı yaralar səbəbindən elə o vaxtdan əlil arabasındadır. İ.Məhərrəmov o zamanlar Qarabağ da könüllü getmişdi, bu gün də I Avropa Oyunlarında könüllü olaraq çalışır.
Qeyd edək ki, İlham Əliyev dəfələrlə şəhid ailələrinə, Qarabağ əlillərinə qayğının vacibliyindən danışıb, məmurları bu qəbildən olan insanlara daim diqqətli və ədalətli olmağa səsləyib. Bundan əvvəl isə, İ.Əliyev I Avropa Oyunların açılış mərasimində olimpiya məşəlinin alovlandırılmasını I qrup Qarabağ qazisi, 2 dəfə paralimpiya oyunları, 2 dəfə dünya, 5 dəfə Avropa çempionu İlham Zəkiyevə etibar etmişdi.