XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 15:06

Bakalavr, magistr və doktorantlara möhlət hüququ veriləcək –Qanun dəyişdi

azerbaycan-ordusu

“Azərbaycanda hərbi xidmətə çağırşılıarımızın sayı 121 mindən 137 minə qalxıb. Deməli, Azərbaycanda hərbi çağırışçı problemi yoxdur. Dördgünlük hərbi əməliyyatlar da sübut etdi ki, Azərbaycana peşəkar ordu lazımdır. Ona görə də kimsə “bir alim hərbi xidmətdə olmayacaqsa, onun yeri boş qalacaq” deyə, düşünməsin”. 

Deputat Zahid Oruc bu fikirləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi barədə müzakirələrdəki çıxışı zamanı bildirib. Qeyd edək ki, prezidentin tapşırığı ilə dəyişikliklər edilən sözügedən qanunda bakalavr, magistr və doktorantura pillələrində təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi əksini tapır.  

Z.Oruc dəyişiklikləri təqdir edib: “Azərbaycanda əhalimizin sayı 10 milyona yaxındır, amma 10 min 4 alimimiz var. Alimlərimizin orta yaş həddi 57-dir, 30 yaşında alim tapmaq çətindir. Magistrlərə möhlət hüququnun ləğvi buna təsir etdi. Müəllimlərimizin əksəriyyəti xanımlardır. Magistrlərdə də faiz xanımların xeyrinədir. BDU-da 83 faiz xanımlar, 17 faiz oğlanlardır”. Dünyada isə 60-65 faizi kişilər təşkil edir. Hesab edirəm ki ölkə prezidenti tərəfindən atılmış bu addım fasiləsiz təhsilə təkan verəcək, elmdə kişi sifətləri daha da çoxalacaq. Çox şadam ki, nəhayət, bu məsələ parlamentə gəldi.  Unutmayaq ki, təkcə səngərdə yox, elmdə də itkilər vermişik”. 

Deputat Astan Şahverdiyev isə deyib ki, Azərbaycan elmində orta yaş əslində 65-dir: “Elə gənclərimiz var ki, elmi yarımçıq qoyub hərbi xidmətə gedirdi, qayıdandan sonra isə təhsilini davam etdirmirdi. Ona görə də bu sərəncam mühüm əhəmiyyət kəsb edir”. 

İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov zəruri bir qeyd etdi: “Bakalavr pilləsini bitirən gənc magistraturanı bitirə bilməsə, ikinci dəfə ona möhlət verilməyəcək. Hər kəs bilsin ki, bircə dəfə möhlət hüququndan istifadə hüququ var”(Musavat.com)

Qeyd edək ki, fəlsəfə doktorları və elmlər doktorları ümumiyyətlə, hərbi xidmətdən azad edilirlər. Həmçinin xarici ölkələrdə əyani təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ verilir. İndiyədək ancaq bakalavriat pilləsində təhsil alanların hərbi xidmətə çağırışdan möhlət hüququ vardı.

Qanuna edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.