XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 18:04

Gürcüstanın “boz kardinal”ı geri çəkildi –Seçkilərdə iştirak etməyəcək

ivanishvili

Gürcüstanın hakim "Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının qurucusu və lideri, sabiq baş nazir Bidzina İvanişvili bu il oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak etməyək. 

İvanişvili jurnalistlərlə söhbətində seçkilərdə iştirakını istisna edib. Bununla belə o, “Gürcü arzusu”nu dəstəklədiyini bildirib: “Ona görə ki, yalnız bu partiya Avropaya yol açacaq. Məhz bu səbəbə görə, mən bu partiyanı dəstəkləyirəm. Əgər nəzəri baxımdan ehtimal etsək ki, “Gürcü arzusu” Qərb kursundan, bu dəyərlərdən imtina etsə,  onda mən ölkəni düzgün yolla aparacaq partiyanı dəstəkləyəcəm”.

"Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının seçki qərargahına isə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze rəhbərlik edəcək. Bu barədə açıqlama verən, baş nazir Georgi Kvirkiaşvili bidlirib ki, Kaladze böyük təşkilatçılıq və menecerlik qabiliyyətinə malikdir.

Georgi Kvirkiaşvili öz növbəsində parlamentin spikeri postuna iddialı olması barədə xəbərləri təkzib edib. O, yenidən hökumətin başçısı kimi işləmək və qarşıda duran vəzifələri həll etmək niyyətində olduğunu açıqlayıb.

Bu gün isə  ABŞ Milli Demokratiya İnstitunun (NDİ)  müşahidəçilər qrupu Gürcüstana gəlib.  İyunun 17-də NDİ müşahidəçiləri hesabat açıqlayacaqlar.

Qeyd edək ki, Gürcüstanda rəsmi seçkiqabağı kampaniya iyunun 8-dən başalyıb. 30 partiya  seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Strateq.az